• Bakı 24° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.0386

Xoşqədəmdən duyğu dolu paylaşım - Arda və Arın...

CƏMİYYƏT

07 May 2026 | 11:18

Xoşqədəmdən duyğu dolu paylaşım - Arda və Arın...

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızınin əkiz övladları Arda və Arının 10 yaşı tamam olub.

Bakıvaxtı.az xəbər verir ki, jurnalist bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. O, övladlarının şəkillərindən hazırlanan videoçarxı izləyiciləri ilə bölüşərək ürək sözlərini yazıb:

“Əzizlərim Arda və Arın, bu gün 10 yaşınızı tamamlayırsınız. On il… Sanki dünən idi sizi ilk dəfə qucağıma aldığım o an. Əllərim titrəyirdi, ürəyim dolu idi. Gözümü qırpdım və siz böyüdünüz. Zaman sanki məndən sizi alıb apardı.

Bu dünya asan deyil, övladlarım. Haqsızlıq da var, ağrı da. Sizi nə gözləyir, necə qoruyacağam – bu düşüncələr bəzən yuxumu qaçırır.

Amma bir gücüm var: dualarım. Gecə-gündüz əllərimi göyə açıb sizin üçün dua edirəm. İnanıram ki, Rəbbim bir ananın duasını cavabsız qoymaz. O, sizin görünməyən qalxanınız olacaq.

Sizdən tək istəyim var: sağlam olun. Həyatı şükürlə yaşayın. Ən böyük sərvət sağlamlıqdır, ən böyük dəyər isə mərhəmətli ürəkdir. Vicdanlı olun, haqqın yanında durun, ehtiyacı olanın əlindən tutun. Qəlbiniz heç vaxt daşlaşmasın.

Siz mənim bu dünyadakı cənnətimsiniz. Yaxşı ki varsınız, yaxşı ki əkizsiniz. Hər zaman bir-birinizə dayaq olun, bir-birinizi heç vaxt buraxmayın”.

Aynur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026