Dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycan Prezidentinin mükafatını alan şəxslərin arasında bir sıra məşhur adlar var.
Bakıvaxtı.az xəbər verir ki, mükafatlananlar arasında Əməkdar artist Çingiz Əhmədov və oğlu, aktyor İbrahim Əhmədov da var.
Belə ki, onlar səhnə fəaliyyəti ilə bağlı təltif ediliblər.
Qeyd edək ki, 63 yaşlı Çingiz Əhmədov Azərbaycan Dövlət Musiqili Teatrındakı rolları ilə, oğlu İbrahim isə son illərdə çəkilən seriallardakı obrazları ilə yadda qalıb.
Bakı 




