• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA

MƏDƏNİYYƏT

30 May 2026 | 15:21 | Müəllif: Əli Hüseynov

Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı AÇIQLAMA

“Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı mötəbər insanlarla söhbət etdim və mənə bildirildi ki, ortalığa yüksək səviyyədə iş qoyulacaq. Bununla bağlı fikirlər var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu musavat.com-a şair Baba Vəziroğlu yaxın dostu, mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsi ilə bağlı danışarkən deyib.

O bildirib ki, hələlik konkret hazır layihə olmasa da bu istiqamətdə danışıqlar gedir:

“Standart layihə olmayacaq, Rasimin adına layiq bir iş təqdim ediləcək. Rasimin oğulları ilə əlaqə saxlamışam. Layihələr hazır olan zaman onları dəvət edəcəklər ki, baxsınlar”.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da Memorial Xəstəxanada vəfat edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026