q
  • Bakı 18° C

    2.65 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

"MediaPulse" təcrübə proqramının növbəti görüşü keçirilib

MEDİA

07 May 2026 | 16:01

MediaPulse təcrübə proqramının növbəti görüşü keçirilib

"BDU könüllüləri" təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə "MediaPulse" təcrübə proqramının növbəti görüşü baş tutub.

Bakıvaxtı.az xəbər veri ki, görüşün qonağı televiziya aparıcısı Jalə Həsənli olub.

Görüşdə ali təhsil müəssisənin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, dekan müavini Samir Mirzəyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının rəhbəri Aynur Nəsirova iştirak edib.

Tədbir interaktiv müzakirə formatında davam edib. Qonaq tələbələrlə televiziya və media sahəsinin incəlikləri, eləcə də bu sahədə uğur qazanma yolları barədə fikirlərini bölüşüb.

Həmçinin, nəzəri biliklə yanaşı, praktiki təcrübəyə daha çox önəm verməyin vacibliyini xüsusi olaraq vurğulayıb.


SON XƏBƏRLƏR