Rusiyadan Azərbaycana uçmalı olan təyyarə gecikir.
Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, Moskvanın “Vnukovo” hava limanından Gəncəyə uçmalı olan “Utair” şirkətinə məxsus Gəncə-Moskva aviareysi gecikir.
Rusiyanın paytaxtından 05:45-də yola düşməli, saat 12:00-da isə qayıtmalı olan təyyarə hələlik Moskvadakı hava limanından uçmayıb. Təyyarənin hansı səbəbdən gecikdiyi məlum deyil.
Gəncədən isə sözügedən reysi saat 20:45-ə təyin ediblər.
Məlumat üçün bildirək ki, təyyarədə təxminən 120 sərnişin yer alıb.
Bakı 




