• Bakı 26° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9877

    RUB - 2.0484

Dağıstanda iri yanğın baş verib

CƏMİYYƏT

07 May 2026 | 17:17

Dağıstanda iri yanğın baş verib

Dağıstanın Kaspiysk şəhərinin mərkəzində iri yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report məlumat yayıb.

Məlumata görə, yanğın şəhərin yaşayış sektorunda yanacaqdoldurma stansiyasının yaxınlığındakı binada baş verib. İlkin məlumata əsasən, hadisə zamanı YDM-də avtomobilə qaz doldurulurdu.

Sosial şəbəkələrdə yayılan kadrlarda ərazidən güclü alov və qatı tüstünün qalxdığı görünür.

Fövqəladə hallar üzrə təcili xidmətlərin əməkdaşları hadisə yerindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Avqust 2026
21 Avqust 2026