• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda sakini döyüb telefonunu əlindən aldılar: HADİSƏ ANI+ VİDEO

CƏMİYYƏT

06 Iyun 2026 | 15:52 | Müəllif: Ayyət Əhməd

Bakıda sakini döyüb telefonunu əlindən aldılar: HADİSƏ ANI+ VİDEO

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində quldurluq və oğurluq cinayətləri törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, iki nəfər tanışları olan bir şəxslə görüşərək mübahisə edib, daha sonra ona fiziki zor tətbiq edərək 4700 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Əməli törətməkdə şübhəli bilinən Əli Mürsəlov və Tunar Hacınskiy müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, rayon ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Toğrul Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026