• Bakı 26° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Daha 2 min 300 hektardan çox ərazi minalardan təmizlənib

CƏMİYYƏT

06 Iyul 2026 | 14:20

Daha 2 min 300 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 29-dan iyulun 5-nə qədər 21 tank əleyhinə mina, 23 piyada əleyhinə mina, 259 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 2333.3 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026