• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR

CƏMİYYƏT

06 Iyul 2026 | 14:57 | Müəllif: Qalib İbrahimoğlu

"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç çatıb.

Bakıvaxtı.az xəbər verir ki, ailələrə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

13:58

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə yola salınan köç karvanı ünvana çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə 46 ailə doğma yurduna qovuşub.

***

09:16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

Bakıvaxtı.az  xəbər verir ki, bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə - 223 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.


"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR"Böyük Qayıdış": Üzü Şükürbəyliyə - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR