• Bakı 26° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Beynəlxalq konfrans iştirakçıları Qarabağda

CƏMİYYƏT

06 Iyul 2026 | 15:20

Beynəlxalq konfrans iştirakçıları Qarabağda

Şuşada iyulun 6-da baş tutan "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər ediblər.

Bakıvaxtı.az xəbər verir ki, konfransa Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan olmaqla 10 ölkənin vətəndaş cəmiyyəti nümayəndələri qatılıb.

Belə ki, iyulun 5-də onlar Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, daha sonra Laçına gedərək işğal dövründə törədilən dağıntılarla tanış olub, həmçinin şəhərdə aparılan bərpa və yenidənqurma işlərini izləyiblər. İyulun 6-da isə konfrans iştirakçıları Xankəndi şəhərində Zəfər parkını ziyarət ediblər.

Qeyd edək ki, konfrans çərçivəsində "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər" mövzusunda panel müzakirə təşkil olunub. Paneldə müxtəlif xalqların nümayəndələri öz xalqlarının tarixi, milli kimliyi, üzləşdikləri problemlər və gələcəklə bağlı gözləntiləri barədə çıxış ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026