Tehran Hörmüz boğazından keçəcək gəmilərdən əvvəlcədən məlumat təqdim edilməsini tələb edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, İranın yeni yaradılmış Körfəz Boğazları İdarəsi tərəfindən hazırlanan “Gəmi Məlumat Bəyannaməsi” tranzit gəmilər üçün məcburi olacaq.
Sənəddə gəmi, onun sahibi, operatoru, heyət üzvləri və yük barədə məlumatların təqdim edilməsi tələb olunur. Bəyannamənin elektron poçt vasitəsilə göndərilməsi tövsiyə edilir.
Keçid üçün ödəniş tətbiq olunacağı hələlik açıqlanmayıb.
Bakı 




