• Bakı 20° C

    10.91 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Litvada koalisiya dağıldı

DÜNYA

06 Iyun 2026 | 22:10

Litvada koalisiya dağıldı

Litvanın hakim Sosial Demokrat Partiyası müdafiə layihələrinin maliyyələşdirilməsi məsələləri üzrə fikir ayrılıqlarına görə "Neman üzərində şəfəq" Partiyası ilə koalisiyanı dağıtmaq niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi sosial demokratların rəhbəri Mindauqas Sinkeviçyusa istinadən məlumat yayıb.

"Hesab edirəm ki, hazırkı siyasi tərkibi dəyişmək həm partiya, həm də dövlət üçün doğru addımdır", - o qeyd edib.

Onun sözlərinə görə, sosial demokratlar yeni koalisiyanın formalaşdırılması ilə bağlı digər partiya - "Litva naminə" Demokratik İttifaqı ilə danışıqlara başlayacaqlar.

Daha əvvəl "Neman üzərində şəfəq" PUA-lardan müdafiə sistemlərini maliyyələşdirməyə çağıraraq sosial demokratların ölkədə yeni hərbi poliqonların tikintisi ilə bağlı planlarını dəstəkləməmişdi.


SON XƏBƏRLƏR