• Bakı 24° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü

DÜNYA

06 Iyul 2026 | 20:53

Həmin gün diplomlarını almışdılar - Fatimədən sonra Nani də öldü

Rusiyanın Xarkova endirdiyi aviazərbə zamanı ağır yaralanan tələbə, Nigeriya vətəndaşı Nani Adaobi Merian Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov Milli Tibb Universiteti məlumat yayıb.

Bildirilib ki, Nani Adaobi Merian iyunun 29-da Rusiyanın Xarkova hücumu zamanı ağır xəsarətlər alıb. Həmin hücum nəticəsindəuniversitetin azərbaycanlı tələbəsi Fatimə Hüseynova həlak olmuş, daha 10 nəfər yaralanmışdı. Hər iki tələbə həmin gün diplomlarını almaq üçün universitetə gedibmiş.

Qeyd olunub ki, Nani Adaobi Merian əvvəlcə Xarkovda, daha sonra isə Almaniyada müalicə olunub.

Qohumlarının verdiyi məlumata görə, tələbənin bədəninin təxminən 90 faizi yanmış, bir gözünü itirmiş, digər gözü zədələnmiş, tənəffüs yollarında ağır yanıqlar qeydə alınmış, bir ayağı amputasiya edilibmiş. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR