• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Çin və Rusiya birgə dəniz təlimlərinə başlayıb

DÜNYA

06 Iyul 2026 | 13:40

Çin və Rusiya birgə dəniz təlimlərinə başlayıb

Çin və Rusiya donanmaları Çinin şərqindəki Şandun əyalətinin Çindao şəhərindəki dəniz bazasında "Birgə Dənizçilik 2026" birgə təliminə başlayıblar.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, iki ölkənin donanmasının əməliyyat qruplarını əhatə edən birgə komandanlıq yaradılıb.

Təlim qüvvələrin toplanması, liman planlaşdırması və dəniz əməliyyatları olmaqla, üç mərhələdə keçiriləcək.

Açılış mərasimindən sonra iki ölkənin donanmaları komandanlıq və taktiki koordinasiya təlimləri keçiriblər. Birgə komandanlıq təlimin dəniz mərhələsi ilə bağlı əsas məsələlər üzrə ətraflı müzakirələr aparıb.

Növbəti mərhələdə iştirakçı hərbi gəmilər birgə kəşfiyyat, hava və raketdən müdafiə, silah təlimi kimi sahələrdə təlimlər keçirmək üçün Çinqdao yaxınlığında üzəcəklər.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026