• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA

06 Iyul 2026 | 12:58

İsveç səfiri Rusiya XİN-ə çağırıldı

İsveç səfiri Sergey Belyayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    Onun sözlərinə görə, səfirə Stokholmun Vyana Konvensiyası çərçivəsində öhdəlikləri və əvvəllər üzərinə götürdüyü təminatlar xatırladılacaq.

    Qeyd edək ki, ötən həftə Stokholmdakı Rusiya səfirliyinə dron hücumu olub. Səfirliyin həyətinə birində yalançı partlayıcı qurğu, digərində isə qırmızı boya olan iki dron atılıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Iyul 2026