• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Ankara-Afina arasında gərginlik: Yunanıstanı kimlər təhrik edir? - ŞƏRH

SİYASƏT

06 Iyul 2026 | 13:22

Ankara-Afina arasında gərginlik: Yunanıstanı kimlər təhrik edir? - ŞƏRH

Yunanıstanın müdafiə naziri Nikos Dendiasın Egey dənizində ərazi sularının 12 dəniz milinədək genişləndirilməsi hüququ və Türkiyənin bu addıma münasibətdə səsləndirdiyi hərbi xəbərdarlıqlar rəsmi Afina ilə Ankara arasında uzun illərdir davam edən sərhəd rəqabətini yenidən gündəmə gətirib. Türkiyənin Egey dənizindəki mövcud status-kvonun birtərəfli qaydada dəyişdirilməsini müharibə səbəbi hesab edən rəsmi mövqeyi fonunda, qarşılıqlı bəyanatların kəskinləşməsi regionun təhlükəsizlik dinamikası və tərəflər arasında hərbi eskalasiya riskləri barədə müzakirələri artırıb.

Bəs iki qonşu ölkə arasında son bəyanatlarla pik həddə çatan bu gərginlik real hərbi qarşıdurmaya çevrilə bilərmi, yoxsa tərəflər diplomatik masaya qayıtmağa üstünlük verəcəklər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Tural İrfan bildirib ki, Yunanıstan ilə Türkiyə arasında gərginlik əsasən İsraillə münasibətlər zəminində baş verir. Əslində Ermənistanla Türkiyə arasında sabitliyin, münasibətlərin bərpa olunması Türkiyə əleyhinə olan qüvvələrə narahat etdi. Yunanıstan təhrik olunur. Türkiyə üçün yeni regional problem yaratmaq üçün səfərbər olublar. Əslində Yunanıstan ilə Türkiyə arasında sözü gedən məsələ iki ölkə arasında normal diplomatik vasitələrlə həllini tapa bilər. Amma bu məsələnin həlli İsrailə, müəyyən Qərb dairələrinə lazım deyil:

"İsrailin "erməni soyqırımı"nı tanıması ərəfəsində Türkiyə və Yunanıstan arasında gərginliyin yaranması təsadüf deyil.  Bu da məlumdur ki, İsrail İrandan sonra növbənin Türkiyədə olduğunu bəyan etmişdi. Hazırda həmin proses gedir. Əgər Türkiyə Yunanıstana qarşı hansısa sərt bəyanatlar veribsə bu səbəbsiz və əsassız deyil. Türkiyəyə qarşı təhrik olunan bu ölkə əsasən İsrailin təsirindədir və regional məsələlərdə problemlər yaradır".

Müsahibimiz qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə qarşısında ram olması səlibçi qərb dairələrini ciddi narahat etdi və Yunanıstanı ikinci Ermənistan olaraq Türkiyəyə qarşı qoymağa qərar verdilər. İsrailin region üçün zərərli planları və təsirləri davam etdikcə gərginlik artacaq.

Tural İrfan: Yunanıstanı ikinci Ermənistan olaraq Türkiyəyə qarşı qoymağa qərar verdilər

Politoqun sözlərinə görə, bütün hallarda, hər cürə vəchlə Türkiyəni müharibəyə çəkmək üçün çalışırlar. Çünki İsrailin Yaxın Şərqdə ərazilərini genişləndirib soyqırımı aktları törətməsinə Türkiyə ciddi maneə yaradır. Bunun qarşını almaq üçün gah müttəfiq Pakistana qarşı Hindistanı yaxud Talibanı təhrik edirlər:

"Digər tərəfdən Suriya üzərinə Hizbullahı qaldırmaq istəyirlər ki, Türkiyənin başını qatıb təsirini minimuma endirsinlər. İndi də Yunanıstanı təhrik edirlər. Lakin Türkiyənin artıq oturuşmuş dövlətçilik ənənələri, hərbi gücü və diplomatiyası bütün bu maneələrin qarşını almağa qadirdir".

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026