• Bakı 26° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Direktor olmaq istəyənlərə VACİB XƏBƏR: müddət uzadıldı

CƏMİYYƏT

06 Iyul 2026 | 16:14

Direktor olmaq istəyənlərə VACİB XƏBƏR: müddət uzadıldı

Direktorların işə qəbulu müsabiqəsinə elektron sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Bakıvaxtı.az-a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, iyunun 29-u saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb. Namizədlər 9 iyul 2026-cı il saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Qeyd edək ki, müsabiqənin nəticələri namizədlərin şəxsi səhifələrində yerləşdiriləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR