• Bakı 25° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Hövsanda xəsarətlə nəticələnən qəzanın ANBAAN VİDEOSU

HADİSƏ

06 Iyul 2026 | 18:43

Hövsanda xəsarətlə nəticələnən qəzanın ANBAAN VİDEOSU

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb.

Bakıvaxtı.az oxu.az-a istinadən sözügedən görüntünü təqdim edir:

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumatda bildirilib ki, iyulun 6-da, saat 07:40-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Hövsan qəsəbəsi ərazisindən çağırış qeydə alınıb.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bazu sümüyünün sınığı və burun sümüklərinin sınığı diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir", - deyə məlumatda bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR