• Bakı 14° C

    9.01 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Fransada meşə yanğınları: minlərlə sakin təxliyə edildi

DÜNYA

06 Iyul 2026 | 16:39 | Müəllif: Gülşən Şərif

Fransada meşə yanğınları: minlərlə sakin təxliyə edildi

Fransanın cənub-qərbində nəzarətdən çıxan meşə yanğını İspaniya sərhədinə yaxın iyirmi kiçik şəhər və kənddən 10 000-dən çox insanın təxliyəsinə səbəb olub.

Bakıvaxtı.az "France 24"ə istinadən xəbər verir ki, Perpinyan şəhəri ətrafındakı yanğınsöndürənlərə kömək etmək üçün Kipr və İsveçdən Fransaya dörd su bombası təyyarəsi göndərilib.

Məlumata görə, yanğın Fransa Pireneylərinin ətəklərində təxminən 4600 hektar ərazini əhatə edib.

Qeyd edək ki, may və iyun aylarından Fransada və Qərbi Avropada baş verən isti dalğalar geniş əraziləri yandırıb.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026