Ermənistanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Karen Qriqoryan eyni zamanda Ermənistan Respublikasının Pakistandakı səfiri təyin edilib.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan fərman imzalayıb.
Fərmana əsasən, baş nazirin təklifi əsasında, Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə, eləcə də "Diplomatik xidmət haqqında" Qanunun 13-cü maddəsinin 3-cü hissəsinə və 14-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Karen Qriqoryan Ermənistan Respublikasının Pakistan İslam Respublikasında (iqamətgahı Əbu-Dabidə) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Gülşən Şərif
Bakı 



