• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Ankarada etiraz aksiyası: 100-dən çox nümayişçi saxlanılıb

DÜNYA

06 Iyul 2026 | 14:00

Ankarada etiraz aksiyası: 100-dən çox nümayişçi saxlanılıb

Türkiyənin paytaxtı Ankarada NATO sammiti başlamazdan əvvəl alyansa üzv ölkələrin liderlərinin toplantısına qarşı etiraz aksiyası keçirilib. 

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, aksiya zamanı 100-dən çox fəal saxlanılıb.

Bildirilib ki, aksiyalar həm Ankarada, həm də İstanbulda keçirilib. 

Etiraz aksiyası Türkiyə Kommunist Partiyası (TKP) tərəfindən təşkil olunub. Etirazçılar Türkiyədə NATO sammitinin keçirilməsinə etiraz edib və alyansı "qatil" adlandırıblar.

Ankarada hüquq-mühafizə orqanları nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. İstanbulda keçirilən aksiya isə nisbətən dinc şəraitdə baş tutub.

Qeyd edək ki, 7–8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitində alyansa üzv 32 ölkənin lideri iştirak edəcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026