• Bakı 26° C

    8.68 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Qobustanda avtomobillər toqquşub, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

HADİSƏ

06 Iyul 2026 | 11:40

Qobustanda avtomobillər toqquşub, bir nəfər ölüb, 6 nəfər xəsarət alıb

Ötən gün Qobustanda baş verən yol nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb, bir nəfər ölüb.

"TƏBİB"-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan 7 nəfər (6 kişi, 1 qadın) iyulun 5-i saat 17:50 radələrində Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə yazılı iltizamnamə əsasında tibbi xidmət almaqdan imtina edib. Daha ixtisaslı tibbi xidmət almaq üçün 1 nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına, 1 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir. 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.

Qeyd edək ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasına kritik ağır vəziyyətdə yerləşdirilən 1 nəfərin (kişi) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 21:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026