• Bakı 31° C

    3.44 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.1156

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanıldı

HADİSƏ

05 Avqust 2026 | 08:56

Bakıda avtobus sürücüsünü döyən şəxs saxlanıldı

Metronun "20 Yanvar" stansiyası yaxınlığındakı dayanacaqda 67 saylı marşrut avtobusunun sürücüsünə hücum edən şəxs saxlanılıb.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən 26 yaşlı Rahim Məmmədov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Hazırda onun barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.

Xatırladaq ki, hadisə dünən baş verib. Sərnişin avtobusdan düşdükdən sonra sürücünün üz nahiyəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən sürücü yerə yıxılıb.

Məlumata görə, sürücü ayağa qalxmağa çalışarkən hücum edən şəxs yenidən onun üzərinə gedərək onu yerə yıxıb və ard-arda yumruqlamağa başlayıb. Hadisəyə digər sərnişinlər və ərazidə olan şəxslər müdaxilə etməyə çalışsalar da, hücum edən şəxs zorakılıq hərəkətlərini davam etdirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Avqust 2026