• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edildi

DÜNYA

06 Iyul 2026 | 17:47 | Müəllif: Aynur Babazadə

Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edildi

Ermənistanın Baş Prokurorluğunun iddiası əsasında ölkənin üçüncü prezidenti Serj Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus olduğu bildirilən qanunsuz əldə edilmiş əmlakın müsadirəsi ilə bağlı iş üzrə qərar qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi iyulun 3-də Baş Prokurorluğun iddiasını qismən təmin edib.

    Qərara əsasən, Ermənistan dövlətinin xeyrinə müsadirə olunacaq əmlak arasında mənzil, avtomobil dayanacaqları və həmçinin faizlər nəzərə alınmadan təxminən 630 milyon dram (təxminən 1,7 milyon ABŞ dolları) nağd vəsait var.

    Məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra əmlaklar Ermənistan Respublikasının xeyrinə müsadirə olunacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    04 Noyabr 2026