“Böyük Britaniya Kiyev rejimi terror hücumları törətərkən onu idarə edir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova deyib.
Sevastopol Müdafiə Muzeyinə hücumun London tərəfindən diqqətlə planlaşdırılmış təxribat olması barədə xəbərləri şərh edən M.Zaxarova qeyd edib ki, Britaniya terror hücumları törətərkən Ukraynaya nəzarət edir.
"London Kiyev rejimi terror hücumları törətərkən onu idarə edir", - diplomat vurğulayıb.
Daha əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu Ukraynanın "Sevastopolun Müdafiəsi 1854-1855" panorama muzeyinə endirdiyi pilotsuz təyyarə hücumunun Böyük Britaniya və onun kəşfiyyat xidmətləri tərəfindən diqqətlə planlaşdırılmış təxribat olduğunu bildirmişdi.
Nərgiz Məmmədli
Bakı 



