• Bakı 26° C

    9.5 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub

İQTİSADİYYAT

06 Iyul 2026 | 16:58

Dövlət büdcəsinə 9 mlrd. manata yaxın vergi daxil olub

Bu ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur.

Bakıvaxtı.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 139 milyon manat və ya 1,6 faiz çox təşkil edib.

    Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 milyard 67,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 199,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 645,8 milyon manat və ya 10,1 faiz artıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR