• Bakı 24° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Müdafiə Nazirliyi: Türkiyə ordusu qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir

DÜNYA

06 Iyul 2026 | 19:53

Müdafiə Nazirliyi: Türkiyə ordusu qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir

Türkiyənin Müdafiə Nazirliyi (MN) Ankarada keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ərəfəsində Türkiyə Silahlı Qüvvələri ilə bağlı paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin "X" sosial şəbəkə hesabında paylaşımda Türkiyənin silahlı qüvvələrinin NATO-nun ikinci ən böyük ordusu və dünyanın ən effektiv, eyni zamanda çəkindirici hərbi qüvvələrindən biri olduğu bildirilib.

Qeyd olunub ki, Türkiyənin silahlı qüvvələri zəngin tarixi, yüksək döyüş hazırlığı, müasir imkan və qabiliyyətləri ilə ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:

"TSQ təkcə Türkiyənin deyil, həm də regional və qlobal təhlükəsizliyin təminatçılarından biri kimi qiymətləndirilir".

 

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR