• Bakı 24° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Fransada meşə yanğınlarına görə iki nəfər saxlanıldı

DÜNYA

06 Iyul 2026 | 20:05

Fransada meşə yanğınlarına görə iki nəfər saxlanıldı

Fransada baş vermiş son meşə yanğınları ilə bağlı qəsdən yanğın törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bakıvaxtı.az BFMTV telekanalına istinadən xəbər verir ki, Ero departamentində 20 yaşlı bir gənc od qalayarkən saxlanılıb.

Həmin şəxs hadisə yerində içərisində yanacaq olan kanistrlə tutulub. O, qısa müddət ərzində baş vermiş daha doqquz yanğının törədilməsində şübhəli bilinir. Rona departamentində isə təbiət ərazilərində baş verən və təxminən 70 nəfərin təxliyəsinə səbəb olan bir sıra yanğınlardan sonra 29 yaşlı bir kişi saxlanılıb.

Son günlər Fransada, əsasən ölkənin cənubunda çoxsaylı meşə yanğınları ilə mübarizə aparılır. Fransanın müdafiə naziri Sebastyan Lekornyu bildirib ki, bu mövsüm artıq 14 500 hektar ərazi yanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR