Azərbaycanda regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə 7 iyul saat 11:00-dan etibarən elektron növbələrin yaradılmasına başlanılır.
Bu barədə Bakıvaxtı.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Belə ki, Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələr isə 9 iyul 2026-cı il saat 11:00-dan aktiv olacaq.
Elektron qəbul 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün saat 11:00, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün saat 15:00-da başlayacaq.
Qeyd edilib ki, bu il ilk dəfə olaraq qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək.
Bakı 



