• Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə görüşüb - YENİLƏNİB

DÜNYA

06 Iyul 2026 | 21:36 | Müəllif: Subhan Mahmudov

Ərdoğan NATO-nun baş katibi Mark Rütte ilə görüşüb - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Rütte Ankara Sammitinin gündəliyi, regional və qlobal prosesləri müzakirə ediblər.

Bakıvaxtı.az Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə istinadən xəbər verir ki, görüşdə Ərdoğan sammit hazırlıqlarının tamamlandığını bildirib.

Müttəfiqlər arasındakı müdafiə sənayesi əməkdaşlıqlarının artırılması barədə fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, sammit çərçivəsində keçiriləcək Müdafiə Sənayesi Forumu diqqətlə izləniləcək.

 

***20:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rütte ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, görüş Prezident İqamətgahında baş tutub. Görüşün mətbuata qapalı keçirildiyi bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR