• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Bakıda avtovağzalın yaxınlığında AVTOBUS YANDI

CƏMİYYƏT

06 Iyul 2026 | 13:12 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda avtovağzalın yaxınlığında AVTOBUS YANDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb.

Xəsarət alan olmayıb.

Bilavasitə yaxınlıqdakı ağaclıq sahə yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026