• Bakı 25° C

    10.14 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - VİDEO

CƏMİYYƏT

06 Iyul 2026 | 18:10

Masallıda 3 tondan çox istehlaka yararsız ət aşkarlandı - VİDEO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Masallı rayonu, Kürdəbaz kəndində yerləşən fiziki şəxs Qardaşov Mahir Bəbir oğluna məxsus soyuducu anbarda reyd keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, yoxlama zamanı ümumi çəkisi 3050 kq olan və korlanma əlamətləri müşahidə edilən ətlər aşkar olunub. Məhsulların dövriyyəsinin qarşısı dərhal alınıb, onlardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Laborator sınaqların nəticələrinə əsasən, sözügedən ətlərin insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür, istehlaka yararsız ətlərin məhv edilməsi istiqamətində işlər davam etdirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR