• Bakı 15° C

    2.52 m/s

Ukrayna Rusiyanın neft emalı zavodunu VURDU - VİDEO

DÜNYA

06 Iyul 2026 | 18:53 | Müəllif: Subhan Mahmudov

Ukrayna Rusiyanın neft emalı zavodunu VURDU - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin dronları Omsk vilayətindəki neft emalı zavoduna zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Vitali Xotsenko özünün "Telegram" kanalında məlumat verib.

"Düşmən PUA-ları Omsk neft emalı zavoduna hücum edib. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini məhv edib", - deyə o yazıb.

İlkin məlumatlara görə, itki yoxdur. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Qubernator sakinlərdən dağıntılara yaxınlaşmamağı, video və ya şəkil çəkməməyi xahiş edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026