• Bakı 24° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

CƏMİYYƏT

06 Iyul 2026 | 22:00

Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

    Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

    Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR