• Bakı 18° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

ABŞ-dən İraqa yeni sanksiyalar

DÜNYA

07 May 2026 | 22:14 | Müəllif: Subhan Mahmudov

ABŞ-dən İraqa yeni sanksiyalar

Amerika Birləşmiş Ştatları İraqın neft nazirinin müavininə, bu ölkənin bəzi enerji müəssisələrinə və İraqda fəaliyyət göstərən iki silahlı qrupa qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqott açıqlama yayıb.

Onun sözlərinə görə, ABŞ-nin qara siyahısına daxil edilən şəxslər və qurumlar İraqın suverenliyinə xələl gətirir, ölkənin təbii ehtiyatlarını talayır, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılıqları təşviq edirlər.

Piqott iddia edib ki, İraqın neft nazirinin müavini Əli əl-Bəhadli İran neftinin İraq nefti ilə qeyri-qanuni şəkildə qarışdırılmasını təşkil edib və həmin xammalın Tehranın maraqlarına uyğun satışını həyata keçirib.

Diplomat əlavə edib ki, məhdudlaşdırıcı tədbirlər "Kətaib Seyid əş-Şühəda" və "Əsaib Əhl əl-Həqq" silahlı qruplaşmalarına da şamil olunub.

ABŞ Dövlət Departamentinin nümayəndəsinin fikrincə, bu qruplar terror fəaliyyətini maliyyələşdirmək məqsədilə İraq iqtisadiyyatını istismar etməyə davam edirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026