q
  • Bakı 15° C

    2.73 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

ÇL-in finalında kimin şansı daha çoxdur?

İDMAN

07 May 2026 | 19:48

ÇL-in finalında kimin şansı daha çoxdur?

"Opta Analyst" superkompüteri UEFA Çempionlar Liqasının 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsindən sonra turnirin qalibi ilə bağlı proqnozunu yeniləyib.

Bakıvaxtı.az xəbər verir ki, statistik göstəricilərə əsasən, Londonun "Arsenal" klubu tarixində ilk dəfə Avropanın ən mötəbər klub turnirinin qalibi olmağa əsas namizəddir.

Bu günə olan son məlumata görə, superkompüter finalçıların çempionluq şanslarını aşağıdakı kimi qiymətləndirib:

"Arsenal" (İngiltərə) - 55,76%

PSJ (Fransa) - 44,24%

Xatırladaq ki, cari mövsümün yarımfinalında "Arsenal" Madrid "Atletiko"sunu (1:1, 1:0), PSJ isə iki oyunun nəticəsinə görə Münxen "Bavariya"sını (5:4, 1:1) mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. Paris təmsilçisi turnirin son qalibi statusunu daşıyır. "Topçular" isə ötən mövsüm yarımfinalda məhz PSJ-yə uduzaraq mübarizəni dayandırmışdı.


SON XƏBƏRLƏR