• Bakı 23° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Millidə dava sonrası heyət dəyişdi

İDMAN

06 Iyun 2026 | 14:12

Millidə dava sonrası heyət dəyişdi

Azərbaycan millisinin Avstriya toplanışında heyətdə dəyişiklik edilib. Malta ilə oyundan sonra futbolçular arasında yaşanan gərginliyin ardından iki oyunçu düşərgədən ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, AFFA-nın yaydığı məlumata görə, Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Qeyd edək ki, millimiz Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk yoldaşlıq oyununda Maltaya 0:2 hesabı ilə məğlub olub.

Həmin qarşılaşmada rəqibin ikinci qolundan sonra futbolçular arasında gərgin anlar yaşanıb və oyunçular bir-biri ilə mübahisə edib. AFFA isə heyət dəyişikliklərinin səbəbi ilə bağlı əlavə məlumat verməyib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 9-da San Marino yığması ilə qarşılaşacaq.


SON XƏBƏRLƏR

05 Iyun 2026