• Bakı 26° C

    10.06 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

İDMAN

06 Iyul 2026 | 10:37

DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 finalın daha iki oyunu keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq meydana Portuqaliya və İspaniya komandaları çıxacaqlar. Dallas stadionunda baş tutacaq prinsipial görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İyulun 7-nə keçən gecə isə ABŞ millisi Belçika yığması ilə münasibətlərinə aydınlıq gətirəcək. Sietl stadionunda oynanılacaq qarşılaşma saat 04:00-da start götürəcək.

Qeyd edək ki, Mərakeş, Fransa, İngiltərə və Norveç milli komandaları artıq 1/4 finala vəsiqə qazanıblar.

Mundiala iyulun 19-da yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Iyul 2026