q
  • Bakı 15° C

    1.2 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək

İDMAN

08 May 2026 | 00:20

Azərbaycanı Avropa çempionatında 9 taekvondoçu təmsil edəcək

Taekvondo üzrə Azərbaycan millisinin Almaniyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Bakıvaxtı.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək.

Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, turnir mayın 11-dən 14-dək təşkil olunacaq.


SON XƏBƏRLƏR

07 May 2026