• Bakı 18° C

    7.86 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Bu klub satılır

İDMAN

06 Iyun 2026 | 23:22

Bu klub satılır

Azərbaycanda futbol klubu satışa çıxarılıb. Söhbət I Liqada mübarizə aparan "Cəbrayıl"dan gedir.

Bakıvaxtı.az xəbər verir ki, Qarabağ bölgəsinə aid rayonun eyniadlı təmsilçisinin satış qiyməti heç də aşağı deyil.

I Liqada ilk iki mövsümü geridə qoyan "Cəbrayıl"ı almaq istəyən şəxs və ya şirkət 1 milyon manat ödəməlidir.

Başa çatan sezonu 9-cu pillədə başa vuran klubun hazırda iki təsisçisi var – Cavid Hüseynov və Şahin Məmmədov. Onların ikisi də hazırda ayrı-ayrı yerlərə bağlıdır.

Ş.Məmmədov Region Liqasının qalibi olaraq II Liqaya vəsiqə qazanan "Zəngəzur"un təsisçisi və baş məşqçisidirsə, C.Hüseynov bugünlərdə "Araz-Naxçıvan"ın sükanı arxasına keçib.

"Cəbrayıl" hazırda sponsorsuz fəaliyyət göstərir. Son olaraq komandaya "Avrora"nın sahibi Ceyhun Abbasov maliyyə dəstəyi verib.

Hər ay kollektivə 1500-2000 manat civarında vəsait ayıran tanınmış iş adamı iyunun ilk günlərindən bəri əlini onların üzərindən çəkib.


SON XƏBƏRLƏR

06 Iyun 2026