PSJ Kriştiano Ronaldonun oğlu kiçik Kriştianonu transfer etmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, "The Sun" nəşrinin məlumatına görə, gənc futbolçu ilə Paris klubu ilə yanaşı, həmçinin "Real", "Bavariya", "Borussiya Dortmund" və "Sportinq" də maraqlanır.
Qeyd edək ki, Kiçik Ronaldo indiyədək "Yuventus" və "Mançester Yunayted" akademiyalarında çıxış edib. Həmçinin "Real"ın gənclər komandası ilə məşqlərə də qatılıb. Onun əsas hədəfi Avropanın nəhəng klublarından birində peşəkar karyerasını davam etdirməkdir.
Qeyd edək ki, Kriştiano Ronaldo hazırda "Əl-Nəsr"də çıxış edir və oğlunun onunla eyni komandada oynaması arzusunu dəfələrlə dilə gətirib./Qol.az
Bakı 




