q
  • Bakı 15° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

“İbrahim Tatlıses sənət həyatımı bitirmək üçün əlindən gələni edib”

ŞOU

09 May 2026 | 00:31

“İbrahim Tatlıses sənət həyatımı bitirmək üçün əlindən gələni edib”

Məşhur türkiyəli müğənni İbrahim Tatlısesin kiçik qardaşı Hüseyn Tatlı onun haqqında ağır ittihamlar irəli sürüb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, H. Tatlı artıq “bıçağın sümüyə dayandığını” bildirərək hər şeyi danışacağını deyib.

O, indiyədək kimsənin onun yolunu açmadığını, əksinə, sənət fəaliyyətinə mane olduqlarını iddia edib:

“Kimsə elə bilməsin ki, susmağım qorxaqlığımdandır, sadəcə əfəndiliyimdən susurdum. Amma artıq bəsdir. Mən İbrahim Tatlısesin öz qardaşıyam, Hüseyn Tatlıyam. Hər kəs həddini bilməlidir”.

O, qardaşı İbrahim Tatlıses haqqında da kəskin ifadələr işlədib:

“İbrahim Tatlıses mənim böyük qardaşımdır, canımdır, amma o da mənim yolumu kəsib. Mənim sənət həyatımı bitirmək üçün əlindən gələni edib. İndi çıxıb televiziyalarda mənə dəstək olduqlarını deyirlər. Yalandır, tamamilə yalandır. Artıq susmayacağam, hər şeyi bir-bir danışacağam”.

Qeyd edək ki, H. Tatlının sözügedən açıqlamaları Türkiyə şou-biznesində böyük rezonans doğurub. İ. Tatlıses tərəfindən hələlik bu ittihamlara rəsmi reaksiya verilməyib./Qafqazinfo


SON XƏBƏRLƏR

08 May 2026