Məşhur amerikalı repçi və prodüser “50 Cent” kimi tanınan Ceyms Cekson haqqında yeni sənədli serial hazırlanır.
Bakıvaxtı.az “Deadline”a istinadən xəbər verir ki, aprelin 1-də repçi sosial şəbəkədə “Hulu” platformasının onun haqqında sənədli film üçün 75 milyon dollar ödədiyini və bu yarışda “Starz”, “Netflix” və “Apple” şirkətlərini geridə qoyduğunu bildirib.
Məlumata görə, bu daha əvvəl 1 aprel zarafatı kimi qəbul edilsə də, “Deadline” nəşri “Disney”ə məxsus “Hulu” platformasının repçi haqqında yeni sənədli seriala rəsmi şəkildə “yaşıl işıq” yandırdığını açıqlayıb.
Qeyd edək ki, üç hissədən ibarət olacaq serial “50 Cent”in “Queens” küçələrində başlayan həyatından, doqquz güllə yarası almasına baxmayaraq sağ qalmasından və 30 milyondan çox albom sataraq dünyanın ən uğurlu repçilərindən birinə çevrilməsindən bəhs edəcək.
Serialda həmçinin onun musiqi, biznes və kino sahələrində özünü yenidən necə qurduğu, çətinlikləri və qarşıdurmaları uzunmüddətli uğura çevirməyi bacaran bir fiqur kimi inkişaf yolu geniş şəkildə təqdim olunacaq.
Bakı 




