• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar

DÜNYA

10 Mart 2026 | 19:41

Merkel, Zelenski və Valensa Avropa Xidmət Ordeni ilə təltif olunublar

Avropa Parlamenti Avropaya inteqrasiyaya verilən töhfəyə və Avropa dəyərlərinin təşviqinə görə təsis edilmiş yeni mükafatın - Avropa Xidmət Ordeninin ilk laureatlarını elan edib.

Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, təltif olunanların adları Avropa Parlamentinin Strasburqda keçirilən plenar iclasında açıqlanıb.

Ali dərəcəli ordenlə Almaniyanın sabiq federal kansleri Angela Merkel, "Həmrəylik" hərəkatının keçmiş lideri və Polşanın eks-prezidenti Lex Valensa, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski təltif ediliblər.

Litvanın sabiq prezidenti Valdas Adamkus, Polşanın eks-baş naziri və Avropa Parlamentinin sabiq sədri Yeji Buzek, Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pyetro Parolin, Moldova Prezidenti Maya Sandu, Avropa diplomatiyasının sabiq rəhbəri Xavyer Solana, eləcə də Avropa Mərkəzi Bankının sabiq sədri Jan-Klod Trişe və bir sıra digər avropalı siyasi xadimləri fəxri orden sahibləri olublar.

Üçüncü dərəcəli ordenlə İrlandiyanın "U2" qrupunun bütün musiqiçiləri təltif edilib. Laureatlar arasında müxtəlif peşə nümayəndələri - həkimlər, hüquqşünaslar, baş aşpaz və Avropa Komissiyasının sabiq vitse-prezidenti də var.

Mükafatlandırma mərasimi may ayında Strasburqda keçiriləcək./Report


SON XƏBƏRLƏR