• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bu müğənniləri Rusiya toyuna çağıranlar bazarda işləyənlərdir"

ŞOU

10 Mart 2026 | 19:52 | Müəllif: Subhan Mahmudov

"Bu müğənniləri Rusiya toyuna çağıranlar bazarda işləyənlərdir"

Əməkdar artist Gülüstan Əliyeva bayağı mahnı ifaçılarının Rusiyaya məclislərə tez-tez getməsini tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, "Öz aramızda" verilişinə qatılan müğənni onları məclisə ziyalı təbəqənin çağırmadığını bildirib:

"Deyirlər ki, filankəs toylara gedir. Moskvada kimlər var? Bazarda çalışanlar, qara işlə məşğul olanlar. Orada çox az sayda ziyalı var. Bu gün orada çoxu bazarda işləynlərdir. Orada sevilən mahnılar da bizim avtobus dayanacağında səsləndirilənlərdir. Onların istəyi həmin müğənnilərdir. Onlar nə muğama, nə vokala, nə də milli musiqiyə qulaq asandır. O da o cür müğənni dəvət edib, əlində olan pulu da ona xərcləyir. Kimisə aşağılamaq fikrində deyiləm. Hamımız şəhərə kənddən gəlib, məktəb görüb püxtələşmişik. Mən musiqi zövqündən danışıram". (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR