• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Daha 3 güləşçisimiz Avropa çempionatının finalına yüksəldi

İDMAN

10 Mart 2026 | 21:20

Daha 3 güləşçisimiz Avropa çempionatının finalına yüksəldi

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) finala yüksəliblər. Ağanəzər Novruzov (74) kiloqram) ilə Vasif Xudiyev (86 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.


SON XƏBƏRLƏR