• Bakı C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

"Sabah" "Qəbələ"ni darmadağın etdi

İDMAN

10 Mart 2026 | 22:21

Sabah Qəbələni darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasında XXIII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Lider “Sabah” öz meydanında “Qəbələ”ni qəbul edib. Görüş ev sahiblərinin 7:1 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra xallarını 56-ya çatdıran “Sabah” turnir cədvəlində liderliyini möhkəmlədib. 16 xalı olan “Qəbələ” isə 11-ci sırada qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli” ilə qolsuz, “Karvan-Yevlax” “Sumqayıt”la 1:1, “Zirə” “Kəpəz”lə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” “Araz-Naxçıvan”ı 6, “Turan Tovuz” isə “Neftçi”ni 1 cavabsız qolla üstələyib.


SON XƏBƏRLƏR