• Bakı C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Ötən həftə 1 200 hektara yaxın ərazi minalardan təmizlənib

SİYASƏT

10 Mart 2026 | 15:08

Ötən həftə 1 200 hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə martın 2-dən 9-dək 15 tank əleyhinə mina, 8 piyada əleyhinə mina, 743 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1 191, 2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


SON XƏBƏRLƏR