• Bakı 11° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.1687

ABŞ-İran anlaşması: Atəşkəs davamlı olacaq?

SİYASƏT

09 Aprel 2026 | 11:26

ABŞ-İran anlaşması: Atəşkəs davamlı olacaq?

“ABŞ və İsrailin İranla atəşkəs razılaşması spontan verilən bir qərar deyil. Bu, ciddi şəkildə təhlil olunmuş bir qərardır və düşünürəm ki, İran rəhbərliyi adına çox doğru addımdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, bu prosesin içərisində vasitəçilik missiyyəsi ilə iştirak edən dost Pakistan, qardaş Türkiyə və Misirin də müəyyən rolu var:

“Ancaq İran rəhbərliyinin atəşkəs qərarına razılıq verməsi əsasən Çinin prosesə müdaxiləsi ilə mümkün olub. İrana onları hansı nəticələrin gözlədiyi reallıqları başa salınıb. Bu məsələ çox ciddi şəkildə İran rəhbərliyi arasında müzakirə predmeti olub. Çünki İran prezidenti Məsud Peşişkian səviyyəsində də SEPAH-a qarşı üsyan bayrağı qaldırılmışdı. Yəni vurğulanırdı ki, əgər belə davam edərsə, dağıdıcı bombardman baş tutarsa, bu, İran iqtisadiyyatının tamamilə məhv edilməsi deməkdir. Ona görə də atəşkəs qərarını düşünülmüş hesablamalar nəticəsində hasil olmuş bir qərar kimi qəbul etmək lazımdır”.

Analitik əlavə edib ki, əvvəlki danışıqlarda İran heç bir vəçhlə atəşkəs məsələsini qəbul etmirdi. Dediyinə görə, Tehran bütövlükdə müharibənin dayandırılması, kompensasiyanın ödənilməsi, regiondan ABŞ-nin çıxarılması kimi absurd iddialar ortalığa qoyurdu:

“Eyni zamanda uranın zənginləşdirilməsi prosesinin İranın qərarına bağlı qalacağını da deyirdilər. Göründüyü kimi bunların heç biri olmadı. Doğrudur, ortada ciddi dezinformasiyalar meydan sulayur. Təbii ki, prosesi pozmaq istəyən qüvvələr var və olacaq. Ancaq reallıq heç də deyildiyi kimi deyil. İran rejimi qalib gəlməyib”.

Natiq Miri: Prosesi pozmaq istəyən qüvvələr var və olacaq

Həmsöhbətimiz vurğulayıb ki, məsələlərin hamısı detallı şəkildə həftələrlə danışılıb və razılıq əldə edilib:

“Buna görə də atəşkəs qərarının davamlı olacağına inanıram. Çünki bu məsələdə həm ABŞ, həm də İran maraqlı kimi görünür. İran iqtisadiyyatı, ölkənin hərbi gücü çökmə ərəfəsində idi. İranın əhalisinin böyük qismi Xəzər sahillərinə doğru qaçırdı. Heç bir konpensasiyadan söhbət gedə bilməz. Çünki bu, ABŞ-nin məğlubiyyətini qəbul etməsi demək olardı. Yəqin ki, İslamabadda danışıqlar nəticə verəcək və Hörmüz boğazı da açılacaq. Ehtimal ki, boğaza nəzarət də İranın öhdəliyində qalmayacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Aprel 2026