• Bakı 9° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ağababa İsgəndərov 100 yaşında

SİYASƏT

08 May 2026 | 17:32 | Müəllif: Əli Hüseynov

Ağababa İsgəndərov 100 yaşında

İkinci Dünya müharibəsi iştirakçısı Ağababa İsgəndərovun 100 yaşı tamam olub.

Bakıvaxtı.az xəbər verir ki, bu münasibətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov onu ziyarət edib.

Müharibə zamanı Berlin uğrunda gedən döyüşlərdə yaralanan Ağababa İsgəndərova sonralar II dərəcə əlillik təyin olunub. O, müharibədə iştirakına və igidliyinə görə bir çox medallarla təltif edilib.

İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər A.İsgəndərovu da əhatə edir. O, aylıq sosial ödənişlərlə təmin edilir.

Hər il İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla ona da birdəfəlik maddi yardım ödənilir. Həmçinin dövlət tərəfindən 3 otaqlı mənzillə və avtomobillə də təmin olunub.  

Görüş zamanı Agentlik sədri ahılla həmsöhbət olub. Onun bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacağını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026